Ərdoğan Mahmud Abbasla Qəzzadakı vəziyyəti müzakirə etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasla telefon danışığı aparıb.
TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Admnistrasiyası məlumat yayıb.
Telefon danışığında Qəzzadakı vəziyyət müzakirə olunub.
Ərdoğan Türkiyənin Fələstinin yanında duraraq bölgədə daimi sülh və sabitliyin təmin edilməsi üçün fəaliyyətini davam etdirəcəyini vurğulayıb.