Ərdoğan Balıkesirdəki zəlzələ ilə bağlı açıqlama verdi

Ərdoğan Balıkesirdəki zəlzələ ilə bağlı açıqlama verdi
10.08.2025 22:00 Dünya

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Balıkesirdə baş verən və ətraf bölgələrdə də hiss olunan zəlzələdən təsirlənən bütün vətəndaşlara müraciət edib. 

TodayPress TV xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb. 

Ərdoğan sosial media hesabında paylaşdığı açıqlamada bildirib:

“Balıkesirdə baş verən və bölgə vilayətlərimizdə də hiss olunan zəlzələdən zərər çəkən bütün vətəndaşlarımıza keçmiş olsun diləklərimi bildirirəm.

İlk andan etibarən aidiyyəti bütün qurumlarımız hərəkətə keçib və zəruri addımlar atılır. Biz də işləri yaxından izləyirik.

Uca Allah ölkəmizi hər cür fəlakətdən qorusun”.

Töhfə Səməd 

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər