Əraqçi Moskvaya səfər etdi
İranın xarici işlər naziri Abbas Əraqçi Rusiya Prezidenti Vladimir Putinlə görüşmək ümidi ilə Moskvaya gəlib.
TodayPress TV xəbər verir ki, bu barədə İranın "İRNA" agentliyi məlumat yayıb.
Bildirilib ki, İran Xarici İşlər Nazirliyinin rəhbəri ABŞ və İsrailin İslam Respublikası ərazisinə endirdiyi zərbələrlə bağlı regional və beynəlxalq gündəmdə olan məsələlərlə bağlı Rusiya lideri və yüksək rütbəli rəsmiləri ilə məsləhətləşmələr aparmaq niyyətindədir.
Töhfə Səməd