Əraqçi: "İranın nüvə obyektlərinə ziyan dəyib"

Əraqçi: "İranın nüvə obyektlərinə ziyan dəyib"
22.07.2025 09:34 Dünya

ABŞ-nin raket zərbələri nəticəsində İranın nüvə obyektlərinə ciddi ziyan dəyib. 

TodayPress TV xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi məlumat verib. 

Onun sözlərinə görə, obyektlər dağılıb və dəymiş ziyanın miqyası hazırda qiymətləndirilir.

Buna baxmayaraq, Əraqçi bildirib ki, nüvə obyektləri bərpa olunacaq və uranın zənginləşdirilməsi dinc məqsədlərlə davam etdiriləcək.

O qeyd edib ki, zənginləşdirmə müvəqqəti dayandırılıb. Lakin İran bu fəaliyyətindən imtina etməyəcək.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər