“Emirates” uçuşlarında “power bank” istifadəsinə qadağa qoyuldu
“Emirates” aviaşirkəti uçuşlar zamanı sərnişinlərin “power bank”lardan istifadə etməsini qadağan edib.
TodayPress TV xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında məlumat verilib.
Açıqlamaya görə, qadağa oktyabrın 1-dən etibarən bütün reyslərdə qüvvəyə minəcək.
Yeni qaydaya əsasən, sərnişinlər yalnız gücü 100 Vt/saatdan az olan bir ədəd “power bank” daşıya biləcək. Lakin bu cihazlardan uçuş zamanı istifadə etmək və bortdakı enerji təchizatı ilə enerji yığmaq mümkün olmayacaq.
Aysel Mətləb