Əminə Ərdoğan Qəzzada uşaqların vəziyyəti ilə bağlı Melaniya Trampa məktub ünvanladı

Əminə Ərdoğan Qəzzada uşaqların vəziyyəti ilə bağlı Melaniya Trampa məktub ünvanladı
23.08.2025 23:15 Dünya

Türkiyənin birinci xanımı Əminə Ərdoğan ABŞ-nin birinci xanımı Melaniya Trampa məktub göndərib.

TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə Prezident administrasiyası məlumat yayıb.

Ə.Ərdoğan Melaniyanın Rusiya Prezidenti Vladimir Putinə yazdığı məktubdan “ilhamlanıb”.

"İnanıram ki, sizin 648 ukraynalı uşağa göstərdiyiniz həssaslıq Qəzzaya da şamil olunacaq", - məktubda deyilir.

Türkiyənin birinci xanımı, həmçinin məsələ ilə bağlı İsrailin Baş naziri Benyamin Netanyahu ilə əlaqə saxlamağa çağırıb və qeyd edib ki, Qəzzadakı vəziyyətin həlli Fələstin xalqı qarşısında tarixi məsuliyyətə uyğun olacaq.

FOTOLAR

Əminə Ərdoğan Qəzzada uşaqların vəziyyəti ilə bağlı Melaniya Trampa məktub ünvanladı — 1
XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər