Əlcəzair Prezidenti Türkiyəyə səfər edəcək

Dünya

05.05.2026 21:52

Əlcəzair Prezidenti Əbdülməcid Təbbun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 6-8 may tarixlərində Türkiyəyə rəsmi səfər edəcək.

TodayPress TV xəbər verir ki, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya idarəsinin rəhbəri Burhanəddin Duran sosial media hesabında səfərlə bağlı açıqlama verib.

Duranın açıqlamasında deyilir:

"Səfər çərçivəsində Türkiyə-Əlcəzair Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk iclası 7 may 2026-cı il tarixində Ankarada keçiriləcək.

Hər iki ölkənin müvafiq nazirlərinin iştirakı ilə təşkil olunacaq Şura iclasında dost və qardaş Əlcəzairlə münasibətlərimiz bütün aspektləri ilə dəyərləndiriləcək, ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün atıla biləcək addımlar müzakirə olunacaq. Görüşlərdə həmçinin aktual regional və beynəlxalq hadisələr ətrafında fikir mübadiləsi aparılacaq.

Səfər ilə əlaqədar ikitərəfli münasibətlərin müqavilə-hüquq bazasını gücləndirəcək müxtəlif sənədlərin imzalanması nəzərdə tutulur".

Aysel Mətləb

TodayPress TV

tag: Əlcəzair ,Əbdülməcid Təbbun,Rəcəb Tayyib Ərdoğan,Türkiyə,TodayPress TV,