Ekspert: "NATO sammiti alyansı gücləndirmədi"

Dünya

26.06.2025 17:45

"Niderlandın Haaqa şəhərində keçirilən son NATO sammiti alyansın güclənməsinə xidmət etmədi, Ukrayna heç bir rol oynamadı, Rusiya isə açıq şəkildə təhlükə kimi göstərilmədi".

TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, Almaniyanın təhlükəsizlik siyasəti üzrə eksperti, professor Karlo Masalanın fikrincə, bu, qətiyyən NATO-nun gücləndiyi bir sammit kimi dəyərləndirilə bilməz.

Onun sözlərinə görə, Ukraynanın gündəlikdə olmaması və Rusiyanın təhdid kimi konkret şəkildə göstərilməməsi alyans üçün geri addım sayılır.

Ekspert əlavə edib ki, sammit çərçivəsində müdafiə xərclərinin ÜDM-in 5%-nə qaldırılması qərarı da əslində ABŞ prezidenti Donald Trampa “xoş gəlmək” məqsədi daşıyır.

“Bu beş faiz Avropa daxili müzakirələrdən yox, daha çox qorxudan qaynaqlanır – əgər öhdəliklərini yerinə yetirməsələr, ABŞ təhlükəsizlik zəmanətlərini geri çəkə bilər”, – deyə Masala bildirib.

Xatırladaq ki, NATO sammiti 24–25 iyun tarixlərində Haaqa şəhərində baş tutub.

Qiymət Mahir

tag: NATO ,Ukrayna,ABŞ,ÜDM,Todaypress.tv,