ABŞ və Ermənistan birgə hərbi təlimlər keçirəcək
Dünya
02.08.2025 13:45
Avqustun 12-dən 20-dək Ermənistanda “EAGLE PARTNER-2025” Ermənistan-Amerika birgə hərbi təlimləri keçiriləcək.
TodayPress TV xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Təlimlərə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadasının, ABŞ-nin Avropa və Afrikadakı quru qoşunlarının, eləcə də Kanzas Milli Qvardiyasının hərbçiləri cəlb olunacaq.
Təlimlərin proqramına tibbi evakuasiya prosedurlarına xüsusi diqqət yetirilməklə sülhməramlı tapşırıqların hazırlanması və icrası daxildir.
Əsas məqsəd beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələrin qarşılıqlı fəaliyyət səviyyəsinin yüksəldilməsi, idarəetmə və taktiki rabitə sahəsində qabaqcıl təcrübələrin mübadiləsi, eləcə də Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı bölmələrinin döyüş hazırlığının artırılmasıdır.
tag: ABŞ,Ermənistan,Hərbi,Təlim,Todaypress.tv,