Tokayev: “Nüvə müharibəsi riski son onilliklərin ən yüksək həddindədir”

Dünya

17.09.2025 11:39

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev nüvə münaqişəsi riskinin son onilliklərdə ən yüksək səviyyəyə çatdığını bildirib.

TodayPress TV xəbər verir ki, o, bu barədə Astanada keçirilən VIII Dünya və ənənəvi dinlər liderlərinin qurultayında çıxışı zamanı deyib. 

Tokayevin sözlərinə görə, dünyada konstruktiv təşəbbüslər və gərginliyin azaldılması əvəzinə qarşıdurma düşüncəsi güclənir, geosiyasi uçurumlar isə dərinləşir.

Prezident hesab edir ki, belə şəraitdə qarşılıqlı uzlaşmanın qarşısını almaq və beynəlxalq etimadı artırmaq üçün əsas rol konstruktiv diplomatiyaya məxsus olmalıdır. O, həmçinin din xadimlərinin dünyanın xaosa sürüklənməsinin qarşısını almaq üçün bütün səylərini göstərəcəyinə əminliyini ifadə edib.

Qiymət Mahir

TodayPress TV

tag: Tokayev,Nüvə,Müharibə,Risk,Todaypress.tv,