Tramp və Si Cinpin Ukrayna müharibəsini müzakirə etdilər
Dünya
30.10.2025 09:53
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Çin Xalq Respublikasının Sədri Si Cinpinlə Ukraynadakı vəziyyəti müzakirə edib və Çin tərəfi Moskva ilə Kiyev arasında münaqişənin həlli istiqamətində kömək etməyə hazır olduğunu vəd edib.
TodayPress TV xəbər verir ki, Tramp danışıqlardan sonra verdiyi açıqlamada bu mövzunun görüşdə əsas müzakirə predmetlərindən biri olduğunu deyib:
“Biz Rusiyanın Ukrayna ilə müharibəsini həll etməyə çalışmaq üçün birlikdə işləyəcəyik”, — deyə o bəyan edib.
İki liderin görüşü yerli vaxtla oktyabrın 30-da günorta başlayıb. Görüşün əvvəlində Si Cinpin ABŞ və Çin münasibətlərinin ardıcıl və sabit inkişafının vacibliyini vurğulayıb. O, həmçinin bildirib ki, iki ölkənin nümayəndə heyətləri əsas ticarət və iqtisadi fikir ayrılıqlarının aradan qaldırılması istiqamətində müəyyən razılıq əldə ediblər.
Qiymət Mahir
tag: ABŞ ,Donald Tramp,Çin ,Moskva,Kiyev ,Todaypress.tv,
