Donald Tramp Si Cinpinlə görüşəcəyi tarixi açıqladı

Dünya

26.10.2025 13:30

ABŞ Prezidenti Donald Tramp Yaponiya ilə yeni razılaşmalar üzərində iş getdiyini açıqlayıb və Çin Sədri Si Cinpinlə görüşəcəyini təsdiqləyib.

TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu Malayziyanın Baş naziri Ənvər İbrahimlə sənəd imzalama mərasimində deyib.

ABŞ Prezidenti Donald Tramp Yaponiya ilə "olduqca maraqlı sövdələşmələr"in anonsunu elan edib və Koreyada keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq sammiti çərçivəsində Çin Sədri Si Cinpinlə görüşəcəyini təsdiqləyib.

"Bu gün burada qalacağıq, sabah isə çox gözəl bir ölkəyə (Trampın növbəti səfəri Yaponiyaya planlaşdırılır - red.) yola düşəcəyik və bildiyiniz kimi, əldə edəcəyimiz çox yaxşı, maraqlı razılaşmalarımız olacaq", - o, qeyd edib.

"Növbəti gün (Trampın Yaponiyaya səfəri oktyabrın 27-29-da planlaşdırılıb - red.) Si Cinpinlə görüşəcəyik", - ABŞ lideri əlavə edib.

Jalə Rövşən

TodayPress TV

tag: Donald Tramp,Si Cinpin,