Əfqanıstanda yol qəzaları 7 nəfərin həyatına son qoydu

Əfqanıstanda yol qəzaları 7 nəfərin həyatına son qoydu
02.08.2025 17:45 Dünya

Əfqanıstanın Bədəxşan vilayətində baş verən iki ayrı yol qəzası nəticəsində 7 nəfər ölüb, 1 nəfər isə ağır yaralanıb.

TodayPress TV xəbər verir ki, vilayət polis idarəsinin açıqlamasına əsasən, ilk qəza cümə günü günortadan sonra Şəhr-i-Bazarq rayonunda baş verib. 

Hadisə nəticəsində 5 sərnişin ölüb, 1 nəfər isə ağır yaralanıb.

Elə həmin gün qonşu Ragistan rayonunda baş verən digər qəzada isə 2 nəfər həyatını itirib. Avtomobilin aşaraq çevrildiyi bildirilir.

Qəzaların səbəbləri barədə araşdırma aparılır.

Qiymət Mahir

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər