Dünyanın ən yaşlı iti öldü

Dünyanın ən yaşlı iti öldü
18.05.2026 07:00 Dünya

Fransada dünyanın ən yaşlı iti hesab edilən "Lazar" ləqəbli it 30 yaşında ölüb.

TodayPress TV xəbər verir ki, bu barədə AFP heyvanın sahibi Ofeli Budola istinadən məlumat yayıb.

Papilyon-doq cinsinə aid olan "Lazar" 1995-ci il dekabrın 4-də doğulub. Sahibəsi onu əvvəlki sahibinin ölümündən sonra sığınacaqdan götürüb.

"Ginnesin Rekordlar Kitabı"ndan bildirilib ki, müraciət heyvan sağ olarkən edilmədiyi üçün Lazar ölümündən sonra rəsmi şəkildə dünyanın ən yaşlı iti kimi tanına bilməz.

TodayPress TV 

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər