Dünya mediası Qəzzada ölən jurnalistlərə görə etiraz edir

Dünya mediası Qəzzada ölən jurnalistlərə görə etiraz edir
01.09.2025 14:50 Dünya

Qəzzada jurnalistlərin öldürülməsinə qarşı dünya miqyasında etiraz aksiyası təşkil olunur. “Sərhədsiz Reportyorlar” (RSF), Avaaz və Beynəlxalq Jurnalistlər Federasiyasının (IFJ) təşkilatçılığı ilə 50 ölkədən media qurumları etiraza qoşulacaq.

TodayPress TV xəbər verir ki, bəzi qəzetlər qara üzlüklə çıxacaq, televiziya və radio kanalları yayımlarını dayandıracaq, rəqəmsal media qurumları isə ana səhifələrini qaraldacaq.

Məlumata görə, 7 oktyabr 2023-dən bəri Qəzzada ən azı 210 jurnalist ölüb. Bu, müasir dövrdə bir münaqişədə qeydə alınan ən yüksək rəqəmdir.

Qiymət Mahir

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər