Dron hücumları tarixə qovuşur? — Detallar AÇIQLANDI

Dünya

03.05.2026 16:59

İsrail pilotsuz aparat hücumlarına qarşı yeni müdafiə layihəsi üzərində işləyir.

TodayPress TV "The Times of Israel"ə istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu açıqlayıb.

O bildirib ki, layihə “Hizbullah”ın dron hücumlarının artması fonunda başladılıb.

“Bir neçə həftə əvvəl dron təhlükəsinə qarşı xüsusi layihənin yaradılması barədə göstəriş verdim. Bu gün artıq görülən işlərlə bağlı hesabat təqdim olunacaq”, — deyə Netanyahu qeyd edib.

Onun sözlərinə görə, layihənin həyata keçirilməsi vaxt aparacaq, lakin artıq aktiv iş aparılır.

Baş nazir əlavə edib ki, İsrail eyni zamanda vəziyyəti kökündən dəyişə biləcək yeni uçuş aparatları da hazırlayır.

Qiymət Mahir

tag: İsrail ,Benyamin Netanyahu,Baş nazir ,Dron,TodayPress TV,