Delsi Rodrigezin ABŞ-yə səfəri müzakirə olunur

Delsi Rodrigezin ABŞ-yə səfəri müzakirə olunur
04.02.2026 01:00 Dünya

Venesuela Prezidentinin elçisi Delsi Rodrigezin ABŞ-yə səfəri ehtimalı müzakirə olunur, lakin hələlik qəti planlar yoxdur. 

TodayPress TV xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolin Livit jurnalistlərin suallarını cavablandırarkən bildirib: 

"Hazırda səfər üçün dəqiq bir tarix yoxdur. Bu barədə müzakirələr aparılır, lakin, qəti planlar yoxdur". 

Bundan əlavə, Livit vurğulayıb ki, Vaşinqton Rodrigezin yanvar ayının sonlarında elan etdiyi siyasi məhbuslara əfv qərarını alqışlayır: 

“Hər kəs bu inkişafı alqışlamalıdır. Xanım Rodrigez bu öhdəliyi götürüb və ona əməl edib. Və biz onun vədlərini yerinə yetirməyə davam etməsini gözləyirik". 

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər