"Deloitte" Avstraliyaya 440 000 dollarlıq haqqının bir hissəsini geri ödəyəcək

"Deloitte" Avstraliyaya 440 000 dollarlıq haqqının bir hissəsini geri ödəyəcək
07.10.2025 18:30 Dünya

Qlobal konsultasiya nəhəngi "Deloitte" Avstraliya hökumətinin “Future Made in Australia” təşəbbüsünü qiymətləndirən hesabatda süni intellekt (AI) alətlərindən istifadə etdiyini etiraf etdikdən sonra 440 000 dollarlıq haqqının bir hissəsini geri ödəməyi qəbul edib.

TodayPress TV xəbər verir ki, bu barədə “Guardian” məlumat yayıb.

Məlumata görə, şirkətin Avstraliya hökumətinin sifarişi əsasında hazırladığı hesabatda bir sıra ciddi səhvlər aşkar edilib. Məlum olub ki, bu səhvlər, o cümlədən mövcud olmayan şəxslərə istinad edən akademik sitatlar və Federal Məhkəmə qərarından uydurulmuş sitat və s. AI-nin istifadəsi zamanı meydana gəlib.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər