DÇ-2026 İtaliya-İsrail qarşılaşması ordu ilə müşaiyət olunacaq

DÇ-2026 İtaliya-İsrail qarşılaşması ordu ilə müşaiyət olunacaq
14.10.2025 17:58 Dünya

İtaliya DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində İsrailə qarşı keçiriləcək oyunda iğtişaşların qarşısını almaq üçün hərbi qüvvələrdən istifadə edəcək.

TodayPress TV “Financial Times”a istinadən xəbər verir ki, minlərlə italiyalının İsrailin seçmə mərhələlərdə iştirakına etiraz etmək üçün küçələrə çıxacağı gözlənilir.

Potensial iğtişaşların qarşısını almaq məqsədilə İtaliya hakimiyyəti şəhərdə polis və ordu qüvvələrini cəlb edərək təhlükəsizlik tədbirlərini gücləndirib.

İtaliya-İsrail oyunu bu gün Bakı vaxtı ilə saat 22:45-də Udine şəhərində keçiriləcək.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər