Dağıstanda neft emalı zavodu dron hücumuna məruz qaldı

Dağıstanda neft emalı zavodu dron hücumuna məruz qaldı
22.10.2025 12:15 Dünya

Dağıstanın paytaxtı Mahaçqaladakı neft emalı zavodu Ukraynadan göndərilən dron hücumuna məruz qalıb.

TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, bunu Dağıstan rəhbəri Sergey Melikov bildirib.

Onun sözlərinə görə, hücum respublikanın müəssisələrindən birinə yönəlib və zavod Ukraynadan təxminən 1 700 km məsafədə yerləşir.

Rusiya mediası xəbər verir ki, hadisədən sonra Mahaçqala hava limanında bütün reyslərin qəbul və göndərişi dayandırılıb.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər