Çuvaşiyada raket həyəcanı: Şəhər tüstüyə büründü - VİDEO
Rusiyanın Çuvaşiya Respublikasında raket təhlükəsi siqnalı işə düşüb.
TodayPress TV "SHOT"Teleqram kanalına istinadən xəbər verir ki, yerli sakinlər xüsusilə Çeboksarı şəhərinin Cənub-Qərb rayonunda (ЮЗР) partlayış səslərinin eşidildiyini və tüstü göründüyünü bildiriblər.
Təhlükə səbəbindən Çeboksarı, Kazan və Nijni Novqorod daxil olmaqla, Volqayanı bölgədəki 10-dan çox hava limanında uçuşlar dayandırılıb.
Lakin Çeboksarı şəhərinin meri Stanislav Trofimov rəsmi teleqram kanalında təcili bəyanat yayaraq, regionda raket təhlükəsinin davam etdiyini, lakin sosial şəbəkələrdə şəhərdə partlayışlar baş verməsi ilə bağlı yayılan məlumatların yalan (feyk) olduğunu bildirib və əhalini yalnız rəsmi mənbələrə inanmağa çağırıb.
Jalə Rövşən