Çində mağaza partladı: 8 nəfər öldü

Çində mağaza partladı: 8 nəfər öldü
15.02.2026 20:00 Dünya

Çinin Tsyansu vilayətində pirotexnika mağazasında partlayış baş verib.

TodayPress TV xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Nəticədə azı səkkiz nəfər ölüb, daha iki nəfər yüngül yanıq xəsarəti alıb.

Hadisə Lianyungang şəhər dairəsinin Dunxay qəzasında qeydə alınıb. Bildirilir ki, yerli sakinlərdən biri pirotexnika mağazasının yaxınlığında fişəng yandırıb, nəticədə partlayış və ardınca yanğın baş verib. Yanğınsöndürənlər alovu partlayışdan təxminən bir saat yarım sonra söndürə biliblər.

Polis hadisəyə görə məsul şəxsləri saxlayıb. Faktla bağlı araşdırma davam etdirilir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
22 IYUN 2026
Bütün Xəbərlər