Çin yeni təşkilat yaratmağı təklif etdi

Çin yeni təşkilat yaratmağı təklif etdi
26.07.2025 15:55 Dünya

Çinin Baş naziri Li Qianq, Şanxayda keçirilən Ümumdünya Süni İntellekt Konfransında çıxışı zamanı, süni intellekt (AI) sahəsində əməkdaşlığı gücləndirmək üçün beynəlxalq təşkilat yaratmağı təklif edib.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Li Qianq bildirib ki, Çin süni intellekt texnologiyalarının tənzimlənməsi üzrə qlobal səyləri əlaqələndirməyə, həmçinin bu sahədə öz təcrübəsini, xüsusilə Qlobal Cənub ölkələri ilə bölüşməyə hazırdır. Analitiklərin fikrincə, bu addım Pekinin ABŞ-yə alternativ olaraq qlobal AI liderliyinə iddialı olduğunu göstərir.

Bu təşəbbüs, Çin ilə ABŞ arasında süni intellekt texnologiyaları üzərində gedən rəqabətin dərinləşdiyini bir daha göstərir.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər