Çin XİN: "Bu müharibədə Rusiyanın məğlub olmasına icazə vermərik"
"Pekin Rusiya-Ukrayna müharibəsində Rusiyanın məğlubiyyətinə icazə verməz."
TodayPress TV xəbər verir ki, bunu Çin Xarici İşlər naziri Vang İ Brüsseldəki görüş zamanı Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsi Kaja Kallas ilə müzakirə zamanı vurğulayıb.
Onun sözlərinə görə bu, ABŞ-nın tam diqqətini Çin üzərinə yönəltməsinə səbəb olar.
Koja Kallasın suallarına cavab olaraq Vang İ Rusiya tərəfinə müharibəyə hərbi və ya maliyyə yardımı göstərildiyi iddialarını rədd edib və əgər belə olsaydı, müharibə çoxdan bitərdi deyə bildirib .
Aynur TAC