Çin və Hindistan münasibətləri yaxşılaşdırır
Çinin xarici işlər naziri Van İ Hindistana səfər edib.
TodayPress TV xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyi bildirib.
Məlumata görə, səfər zamanı iki ölkə arasında sərhəd məsələləri müzakirə olunub və bu mövzuda əməkdaşlıq üçün işçi qrupu yaradılacaq.
Nazirlər həmçinin iki ölkə arasında birbaşa uçuşların və sərhəd ticarətinin bərpası barədə razılığa gəliblər. Bu əlaqələr 5 il əvvəl dayandırılıb. İndi isə tərəflər turistlər, iş adamları və jurnalistlər üçün vizaların asanlaşdırılması planlaşdırır.
Türkan İsgəndərli