Çin: Ukrayna böhranı tərəflərin maraqlarına uyğun deyil

Dünya

04.07.2025 12:35

Çin Ukrayna böhranı ilə bağlı obyektiv və qərəzsiz mövqe tutur və münaqişənin uzadılmasının heç bir tərəfə sərfəli olmadığını hesab edir. 

TodayPress TV xəbər verir ki, bu barədə ÇXR Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin mətbuat konfransında bildirib.

O əlavə edib ki, Çin beynəlxalq ictimaiyyətə ədalətli və qərəzsiz mövqe nümayiş etdirir və bu məsələdə birtərəfli yanaşmanı qəbul etmir. Çin rəsmisi xatırladıb ki, rəsmi Pekin bu münaqişədə birbaşa iştirakçı deyil və ölkənin mövqeyi dəyişməz olaraq qalır. 

Mao Nin onu da qeyd edib ki, Çin bütün tərəflərin mövqeyini nəzərə alaraq, beynəlxalq ictimaiyyətlə konstruktiv əməkdaşlığı davam etdirməyə hazırdır.

Çin, münaqişənin həlli istiqamətində neytral vasitəçi rolunu qorumağa və danışıqların təşviqi üçün beynəlxalq platformalarda fəal iştirak etməyə sadiq olduğunu bəyan edir.

Türkan İsgəndərli

tag: Çin,Ukrayna,XİN,Rusiya,Todaypress.tv,