Çin şirkətləri “VK” da reklam xərclərini artırdı
2025-ci ilin ilk yarısında Çin reklamverənlərinin “VK” reklam platformasındakı büdcələri 22% artaraq 1,2 milyard rubl təşkil edib.
TodayPress TV xəbər verir ki, bu barədə “TASS” agentliyi məlumat yayıb.
Mütəxəssislərin məlumatına görə, Asiyalı reklamverənlər arasında ən populyar reklam kateqoriyaları oyunlar, istirahət və əyləncə, həmçinin e-ticarət olub.
Bundan əlavə, "VK" reklam platformasında xarici reklamverənlər arasında investisiya artımı baxımından ilk üçlükdə Çinlə yanaşı, Türkiyə və Kipr də yer alıb.
Aysel Mətləb