Çin Rusiyaya təchizatla bağlı iddiaları təkzib etdi

Çin Rusiyaya təchizatla bağlı iddiaları təkzib etdi
27.05.2025 11:52 Dünya

Çin hökuməti Rusiyaya ikili təyinatlı məhsulların ixracı ilə bağlı Kiyevin irəli sürdüyü ittihamları əsassız və siyasi motivli adlandırıb.

TodayPress TV xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin keçirilən brifinqdə bildirib.

“Çin həmişə ikili təyinatlı məhsulların dövriyyəsini ciddi şəkildə nəzarətdə saxlayıb. Çin ordusu bu məsələyə xüsusi diqqət yetirir. Biz siyasi motivli və əsassız ittihamlara qəti şəkildə qarşıyıq”  deyə Mao Nin qeyd edib.

Qeyd edək ki, Çin şirkətlərinin Rusiyanın 20 müdafiə sənayesi müəssisəsinə material və komponentlər tədarük etdiyi iddia olunurdu.

Qiymət Mahir

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər