Çin Putin və Cinpinin söhbətinin silinməsini tələb etdi
Dünya
06.09.2025 21:45
Çin Dövlət Televiziyası (CCTV) "Reuters" agentliyindən Rusiya Prezidenti Vladimir Putinin, Çinin Sədri Si Cinpinlə uzunömürlülük haqqında danışığının yer aldığı videonun silinməsini tələb edib.
TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Agentlik aydınlaşdırıb ki, CCTV görüntülərdən istifadə üçün qanuni icazəni geri götürüb. "Reuters" agentliyinə Çin Dövlət Televiziyasının vəkilindən bu barədə yazılı sorğu daxil olub. Sənədin mətnində xəbər agentliyinin istifadə haqqında müqavilənin şərtlərini pozduğu bildirilir və redaksiyanın bu materiala münasibəti tənqid olunur.
Xatırladaq ki, sentyabrın 3-də Rusiya prezidenti və Şimali Koreya rəhbəri Kim Çen In ilə qeyri-rəsmi söhbəti zamanı Çin sədri insanın 150 il yaşamaq imkanından danışıb.
tag: Çin,Söhbət,Tələb,Silinmə,Todaypress.tv,