Çin Aİ-nin Rusiya sanksiyalarına cavab verəcək
Çin hakimiyyəti Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi 18-ci sanksiyalar paketinə cavab olaraq milli şirkətləri qorumaq üçün tədbirlər görəcəyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə Çin Ticarət Nazirliyi məlumat yayıb.
Bəyanatda bildirilir ki, Aİ-nin sanksiyaları Çin və Avropa arasında əldə olunmuş qarşılıqlı anlaşmaya və iqtisadi əməkdaşlığa ziddir.
Qeyd edək ki, Aİ-nin yeni sanksiyalar paketinə “Şimal axını” qaz kəmərlərinə məhdudiyyətlər və Rusiya neftinə yeni qiymət hədləri daxildir.
Türkan İsgəndərli