Çin ABŞ-ni qınadı

Çin ABŞ-ni qınadı
23.06.2025 10:19 Dünya

Çinin dövlət nəşri "Global Times" yazır ki, ABŞ-nin Yaxın Şərqdəki hərbi müdaxiləsi dünya təhlükəsizlik sisteminin təməl prinsiplərinə zərbə vurub və regionda vəziyyəti daha da gərginləşdirib.

TodayPress TV xəbər verir ki, məqalədə ABŞ-nin İran və İsrail arasındakı münaqişəyə müdaxiləsi tənqid olunur.

Müəlliflərin fikrincə, Vaşinqtonun bu addımı qarşıdurmanı Yaxın Şərqin sərhədlərindən kənara çıxarıb. Eyni zamanda vurğulanır ki, ABŞ qəsdən istifadə olunan silahların miqyasını artırmaqla vəziyyəti nəzarətsiz həddə çatdırır.

“İranın nüvə obyektlərinə endirilən zərbələr regionda humanitar fəlakət riski yaradır və təhlükəsizlik balansını ciddi şəkildə pozur”, - deyə məqalədə bildirilir.

Qiymət Mahir

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər