Çin ABŞ gəmilərindən liman haqqı alacaq
Oktyabrın 14-dən etibarən Çin ABŞ şirkətlərinə məxsus və ya idarə olunan gəmilərdən, eləcə də ABŞ-nin 25% və ya daha çox səhmi olan şirkətlərin gəmilərindən liman rüsumu tutucaq.
TodayPress TV xəbər verir ki, bu barədə Çin Nəqliyyat Nazirliyi bildirib.
2025-ci ilin oktyabrından hər xalis ton üçün 400 yuan (təxminən 56 dollar), 2026-cı ilin aprelindən 640 yuan (təxminən 89 dollar), 2027-ci ilin aprelindən isə 1120 yuan (təxminən 157 dollar) rüsum tətbiq ediləcək.
Qeyd olunur ki, gəmi bir neçə Çin limanından keçsə belə, rüsum yalnız ilk limanda tutulacaq.
Çin bu addımı ABŞ-nin Çin gəmilərindən liman rüsumu almasına cavab olaraq atıb.
Türkan İsgəndərli