Çin ABŞ dövlətini gərginlik yaratmaq cəhdlərini dayandırmağa çağırdı

Dünya

26.07.2025 07:11

Çin Ukrayna münaqişəsini başladan tərəf deyil və onun iştirakçısı da sayılmır. Bu səbəbdən ABŞ məsuliyyəti Çin tərəfinə yönəltmək və gərginlik yaratmaq cəhdlərini dayandırmalıdır.

TodayPress TV xəbər verir ki, bu barədə BMT Təhlükəsizlik Şurasında Ukrayna ilə bağlı keçirilən iclasda Çin Xalq Respublikasının dünya təşkilatındakı daimi nümayəndəsinin müavini Gen Şuan bildirib.

“Çin nə bu böhranı başladıb, nə də bu böhranda tərəf olaraq iştirak edir. Biz heç bir tərəfi ölümcül silahla təchiz etməmişik və ikili təyinatlı məhsullar, o cümlədən dronların ixracı üzərində ciddi nəzarət həyata keçiririk. ABŞ dövlətini  Ukrayna məsələsində günahı başqasına yükləmək və qarşıdurma yaratmaqdan əl çəkməyə çağırırıq”, – deyə çinli diplomat bildirib.

tag: ABŞ, Çin, Ukrayna, Ticarət, todaypress.tv,