Çexiya Ukraynada döyüşənlərin qayıdışına hazırlaşır
Çexiyanın xüsusi xidmət orqanları Ukraynada döyüşmüş şəxslərin ölkəyə qayıtmasına hazırlıq görür.
TodayPress TV xəbər verir ki, bu barədə “Novinky” xəbər portalı məlumat yayıb.
Çexiya təkcə müharibədə iştirak etmiş vətəndaşlarının deyil, həmçinin burada qohumları olan ukraynalı hərbçilərin də ölkəyə gəlişi ilə maraqlanır.
Mənbəyə istinadla bildirilib ki, Ukrayna münaqişəsi başa çatdıqdan sonra yarana biləcək mümkün təhlükələri qiymətləndirmək məqsədilə Çexiyada xüsusi işçi qrupu yaradılıb. Qeyd olunub ki, geri dönən hərbçilər bir sıra psixoloji və sosial uyğunlaşma problemləri ilə qarşılaşa bilərlər.
Qiymət Mahir