Cevdet Yılmaz: "Türkiyənin vitse-prezidenti: Zelenski və Putin İstanbulda görüşə bilər"

Cevdet Yılmaz: "Türkiyənin vitse-prezidenti: Zelenski və Putin İstanbulda görüşə bilər"
28.08.2025 06:00 Dünya
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Rusiya prezidenti Vladimir Putinin İstanbulda Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşə biləcəyinə inanır.

TodayPress TV-nin məlumatına görə, o, bu barədə "Habertürk" telekanalının efirində deyib

"Zelenski və Putin İstanbulda görüşə bilər. Niyə də olmasın?", - deyən Yılmaz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya-Ukrayna münaqişəsinin həlli istiqamətində göstərdiyi səyləri xatırladıb.

"O, hər iki tərəfin etimadını qazanan liderdir. Qara dəniz taxıl təşəbbüsü, əsirlərin mübadiləsi ilə bağlı konkret nəticələr əldə edilib. Türkiyə Ukrayna münaqişəsinin həlli üçün həmişə alternativdir", - Yılmaz qeyd edib.
XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər