Cənubi Koreyanın sabiq prezidenti istintaqa qarşı müqavimət göstərdi

Cənubi Koreyanın sabiq prezidenti istintaqa qarşı müqavimət göstərdi
01.08.2025 17:16 Dünya

Cənubi Koreyanın həbsdə olan keçmiş prezidenti Yun Sok Yol istintaq orqanlarının çağırışlarına qeyri-adi və etiraz xarakterli şəkildə reaksiya verib.

TodayPress TV xəbər verir ki, bu barədə istintaq orqanları məlumat yayıb. 

Məlumata görə, Yun sorğu-suala aparılmaq üçün kamerasından çıxarılarkən, həbsxana paltarını çıxarıb və yalnız alt paltarda döşəməyə uzanaraq müqavimət göstərib. Mühafizəçilər təhlükəsizlik səbəbilə ona fiziki müdaxilə etməyiblər və o, kamerasında qalıb.

Məlumata görə, bu, onun üçüncü dəfədir ki, dindirmədən imtina etməsidir.

Xatırladaq ki, Yun Sok Yol fövqəladə vəziyyət tətbiq etməyə cəhd etdikdən sonra impiçment elan edilib. 

Türkan İsgəndərli

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər