Cənubi Koreya və Avstraliya liderləri görüşdü

Cənubi Koreya və Avstraliya liderləri görüşdü
17.06.2025 13:37 Dünya

Cənubi Koreya prezidenti Li Çje Myon və Avstraliyanın Baş naziri Antoni Albanese Kanadada keçirilən G7 Liderlər Sammiti çərçivəsində görüşüblər. 

TodayPress TV xəbər verir ki, məlumatı "Yonhap" agentliyi yayıb.

Görüş zamanı tərəflər Koreya yarımadasında sülhün təmin olunması və Şimali Koreya ilə bağlı məsələləri müzakirə ediblər. Həmçinin nüvə enerjisi sahəsində əməkdaşlığın artırılması barədə razılıq əldə olunub.

Baş nazir Albanese bildirib ki, iki ölkə müdafiə, silah və təmiz enerji sahələrində əməkdaşlığı genişləndirməyə ümid edir.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər