Brüsseldə polşalı deputatın avtomobili atəşə tutuldu

Brüsseldə polşalı deputatın avtomobili atəşə tutuldu
15.09.2025 22:35 Dünya

Brüsseldə Polşadan olan deputat Valdemar Budanın avtomobilinə naməlum şəxslər silahla atəş açıblar.

TodayPress TV xəbər verir ki, bu barədə “RMF24” məlumat yayıb.

Məlumata görə, avtomobilə doqquz dəfə atəş açılıb.

Xoşbəxtlikdən həmin vaxt siyasətçinin özü avtomobildə olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Aynur TAC

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər