Britaniyanın ən varlı şəxslərindən biri vəfat etdi

Britaniyanın ən varlı şəxslərindən biri vəfat etdi
04.11.2025 17:21 Dünya

Böyük Britaniyanın ən varlı şəxslərindən biri, iş adamı Qopi Hinduca 85 yaşında dünyasını dəyişib.

TodayPress TV xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Qeyd olunur ki, Hinduca ailəsinin ümumi sərvəti 35,3 milyard funt sterlinq (təxminən 46,1 milyard dollar) dəyərindədir.

Həmçinin qeyd edək ki, Qopi Hinduca bankçılıq, daşınmaz əmlak, neft, avtomobil və əyləncə sektorlarını əhatə edən “Hinduja Group” konqlomeratının sahibkarlarından biri idi.

Jalə Rövşən

TodayPress TV


XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər