Britaniya və Almaniya arasında növbəti razılaşma
Böyük Britaniya və Almaniya xarici siyasət və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsinə dair genişmiqyaslı razılaşma imzalayıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
İki ölkə, həmçinin iqtisadi artımı sürətləndirmək öhdəliyi götürüb.
Almaniyanın kansleri Fridrix Mertz bu vəzifədə ilk dəfə rəsmi dövlət səfəri ilə Britaniyada olub.
Tərəflər, həmçinin super sürətli dəmir yolu xəttinin tikintisi barədə də razılığa gəliblər.
Töhfə Səməd