Britaniya müharibə hazırlığına başlandığını elan etdi

Britaniya müharibə hazırlığına başlandığını elan etdi
02.06.2025 14:13 Dünya

Böyük Britaniya Avropada artan gərginlik fonunda silahlı qüvvələrinin döyüşə hazırlığını təmin etmək üçün müdafiəyə yatırımları artırır. 

TodayPress TV “Sky News”ə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Baş naziri Kir Starmer açıqlama verib.

"Biz silahlı qüvvələrimizin əsas məqsədi kimi döyüş hazırlığı rejiminə keçirik", – deyə o, Qlazqoda keçirilən mətbuat konfransında bildirib. 

Starmer əlavə edib ki, ölkənin təhlükəsizliyinin əsasını NATO üzrə müttəfiqlərlə tərəfdaşlıq təşkil edəcək.

Baş nazir vurğulayıb ki, London heç vaxt təkbaşına mübarizə aparmayacaq: 

"Müdafiə siyasətimiz həmişə ilk növbədə NATO-ya əsaslanacaq".

Onun sözlərinə görə, alyans Birləşmiş Krallığın strateji gücünün fundamental mənbəyidir.

Qiymət Mahir

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər