Britaniya iki israilli nazirə qarşı sanksiya tətbiq edəcək

Britaniya iki israilli nazirə qarşı sanksiya tətbiq edəcək
10.06.2025 21:45 Dünya

Böyük Britaniya İsrailin iki ultra-sağçı naziri – İtamar Ben-Qvir və Betsalel Smotriç – barəsində sanksiyalar tətbiq etməyə hazırlaşır.

TodayPress TV xəbər verir ki, bu barədə "The Times" qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, Britaniya hökuməti bu şəxslərin aktivlərini dondurmağı və ölkəyə girişini qadağan etməyi planlaşdırır.

Sanksiyalar çərçivəsində Böyük Britaniya ərazisində fəaliyyət göstərən maliyyə institutlarına adıçəkilən nazirlərlə hər hansı maliyyə əməliyyatları aparmaq da qadağan olunacaq.

Qərarın əsas səbəbi kimi, hər iki nazirin Qəzza ilə bağlı verdiyi açıq və sərt bəyanatlar göstərilir.

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər