Britaniya Hörmüz boğazına mina təmizləyən dronlar göndərəcək
Böyük Britaniya Hörmüz boğazında mina təhlükəsini aradan qaldırmaq üçün dronlardan istifadə planını müzakirə edir.
TodayPress TV xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.
Məlumata görə, hökumət həyati əhəmiyyətli dəniz yolunu minalardan təmizləmək və neft ixracının axınını bərpa etmək məqsədilə havadan mina axtaran və zərərsizləşdirən dronların göndərilməsi variantını nəzərdən keçirir.
Rəsmilər bildiriblər ki, ABŞ-nin Prezidenti Donald Trampın tələb etdiyi kimi bölgəyə hərbi gəmilərin göndərilməsi münaqişənin qeyri-sabit xarakterini nəzərə alaraq vəziyyəti daha da gərginləşdirə bilər.
Türkan İsgəndərli