Böyük Britaniyada 16 yaşlı gənclərə seçki hüququ veriləcək

Böyük Britaniyada 16 yaşlı gənclərə seçki hüququ veriləcək
17.07.2025 15:12 Dünya

Böyük Britaniya hökuməti 16 və 17 yaşlı yeniyetmələrin ümumi parlament seçkilərində iştirakına yaşıl işıq yandırıb.

TodayPress TV xəbər verir ki,bu barədə Birləşmiş Krallığın Baş nazir müavini Anjela Reyner “Sky News”a açıqlama verib.

Reyner bu addımın seçkilərdə iştirak üçün mövcud baryerlərin aradan qaldırılması məqsədi daşıdığını bildirib. Onun sözlərinə görə, bu qərar daha çox vətəndaşın demokratik proseslərə qoşulmasına şərait yaradacaq.

Leyboristlər Partiyası hökumətinin bu təşəbbüsü seçkiqabağı verdikləri vədlərin reallaşdırılması kimi dəyərləndirilir. Müvafiq qanun layihəsi yaxın vaxtlarda parlamentə təqdim olunacaq.

Qiymət Mahir

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər