Böyük Britaniya rus diplomatın akkreditasiyasını ləğv edib.
TodayPress TV xəbər verir ki, bu haqda Rusiya KİV məlumat yayıb.
Britaniya hökumətinin açıqlamasında deyilir: "Rusiyanın Britaniya diplomatik nümayəndəliklərinin fəaliyyətinə müdaxilə etməyə və Ukraynaya dəstəyimizə mane olmağa çalışması dərin məyusluq doğurur. Rusiyanın bundan sonrakı hər hansı hərəkəti eskalasiya kimi qiymətləndiriləcək və müvafiq şəkildə cavablandırılacaq."
Qeyd edək ki, yanvarın ortalarında Rusiya Xarici İşlər Nazirliyi Moskvadakı Britaniya səfirliyinin İnzibati və İqtisadi Departamentinin ikinci katibi Qaret Samuel Deyvisin ölkədən çıxarıldığını elan etmişdi.
FSB onun əslində Britaniya kəşfiyyat xidmətlərinin əməkdaşı olduğunu bildirmişdi. Böyük Britaniya isə bu ittihamları rədd edir.
Jalə Rövşən
