BMT Hörmüz boğazında gəmiçiliyi bərpa etməyə çalışır
BMT-nin Baş katibi Antonio Quterreş Hörmüz boğazında gəmiçiliyin bərpası məsələsi üzərində fəal şəkildə işləməyə davam edir.
TodayPress TV xəbər verir ki, bu barədə Baş katibin sözçüsü Stefan Dujarrik brifinqdə danışıb.
"Deyə bilərəm ki, Baş katib bu məsələ ilə bağlı fəal şəkildə məşğul olmağa davam edir", - deyə o, məsələ ilə bağlı suala cavab olaraq bildirib.
Lakin bu istiqamətdə atılan addımlar barədə heç bir məlumat verilməyib.
Aysel Mətləb