BMT-dən Kuba həyəcanı: Enerji böhranı humanitar vəziyyəti pisləşdirir

Dünya

01.05.2026 23:55

Dərinləşən enerji böhranı ölkə daxilində vacib xidmətlərin fəaliyyətini dayandırdığı üçün Kubada humanitar vəziyyət pisləşməkdə davam edir.

TodayPress TV xəbər verir ki, bu barədə BMT sözçüsünün müavini Farhan Haq jurnalistlərə açıqlamasında danışıb.

"Səhiyyə, tullantıların yığılması, ucqar bölgələrə suyun çatdırılması, qida paylanması və digər mühüm xidmətlər ciddi şəkildə pozulub", - deyə o vurğulayıb.

Səhiyyə rəsmilərinə istinad edən Haq bildirib ki, enerji çatışmazlığı səbəbindən 96 mindən çox pasiyentin, o cümlədən 11 min uşağın cərrahiyyə əməliyyatı təxirə salınıb.

Onun sözlərinə görə, BMT və tərəfdaşları zərərçəkmiş icmalara dəstək vermək üçün çalışır və Ümumdünya Ərzaq Proqramı qida yardımı göstərir.

Aysel Mətləb

TodayPress TV

tag: BMT,Kuba,Böhran,Enerji,TodayPress TV,