Bəzi hava limanları kiberhücum səbəbindən reysləri ləğv edir

Bəzi hava limanları kiberhücum səbəbindən reysləri ləğv edir
21.09.2025 21:23 Dünya

London, Brüssel və Berlin hava limanları kiberhücum nəticəsində iş fəaliyyətində çətinliklərlə üzləşiblər.

TodayPress TV xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

"London Heathrow" hava limanında, həmçinin Brüssel və Berlində sərnişinlər bazar günü uçuşa qeydiyyat proqram təminatına ehtimal olunan kiber hücumdan sonra növbəti gecikmə günü ilə üzləşiblər", - deyə nəşr yazır.

Məlumata görə, aviaşirkətlər cümə axşamı gecəsindən etibarən əl ilə qeydiyyata keçməyə məcbur olublar, çünki ehtimal olunan kiberhücum müxtəlif aviaşirkətlərin qeydiyyat masalarına texnologiyalar təmin edən "Collins Aerospace" şirkətinə təsir edib.

Brüsselin "Zaventem" hava limanında bazar günü 20 reys ləğv edilib və 80-dən çox reys gecikdirilib. Brüssel hava limanı "çətin iş şəraiti" barədə bəyanat verib.

"Qeydiyyat və minmə xidmətləri üzrə xarici təchizatçıya qarşı kiber hücum nəticəsində Brüssel də daxil olmaqla bir neçə Avropa hava limanında qeydiyyat əməliyyatları ciddi pozuntulara məruz qalıb", - hava limanının bəyanatında deyilir.

Bundan əlavə, qəzetin məlumatına görə, Berlində 70-dən çox reys gecikdirilib.

"Xidmət təchizatçısının sistemində nasazlıq səbəbindən uzun növbələr müşahidə olunur", - hava limanının saytında bildirilir.

Bir gün əvvəl "Collins Aerospace" şirkəti kiber insidentlə üzləşdiyi barədə bəyanat verib.

TodayPress TV

XƏBƏR LENTİ
01 IYUN 2026
Daniel Orteqa Saavedra və Rosario Murilyo Azərbaycan Prezidentini təbrik etdi 20:28 Hakan Fidan Əraqçi ilə danışdı - Nələr müzakirə edildi? 20:31 Bu ölkədə dünya çempionatına pulsuz biletlər paylanılır 19:14 Karol Navrotski İlham Əliyevi təbrik etdi 20:25 Trampın Əliyevə hədiyyəsində möhtəşəm detal – İrəvana səfərdən sonra mesaj verildi 20:13 İlham Əliyev Latviyaya rəsmi səfərə dəvət olundu 20:16 Azərbaycan idmançılarının 2026-cı ilin iyun ayı üçün reytinq cədvəli açıqlandı 19:11 Ukrayna Rusiyaya dron zərbələrinin intensivliyini artırır: Büdcədəki “dəlik” böyüyür 19:59 Millimiz Dünya Kubokuna qələbə ilə start verdi 19:42 Şəhid xanımı qətlə yetirildi - Qayınatası saxlanıldı - Foto 19:04 Kiberpolis onlayn qumar və kazino oyunlarına qarşı əməliyyat keçirib - VİDEO 18:58 Ukraynadan Rusiyaya ağır zərbə: 41 hərbi təyyarə məhv edildi - VİDEO 18:54 ABŞ Dövlət Departamentində böhran: İki minə yaxın diplomat işdən çıxarıldl 18:46 İlham Əliyev ABŞ rəsmisinə Trampın hədiyyəsini göstərdi - VİDEO 18:42 Rusiya Odessa vilayətindəki xəstəxanaya zərbə endirdi 18:30 Pezeşkiyan Yaponiyaya Hörmüzdən "qırmızı xalça" sərdi 18:13 İsrail Livanı bombalayır 17:57 Müharibə yenidən başlayır? İran ABŞ ilə danışıqları dayandırdı 17:52 Sahibə Qafarova Serbiyada səfərdədir 17:48 Monteneqro Prezidenti Azərbaycan liderini təbrik etdi 17:30 Tramp Əliyevə məktub göndərib - iyun ayında olacaq böyük hadisələrin mesajını verdi: Şifrələri açırıq 17:15 Sabah BTQ dəmir yolu xətti modernləşdirilmədən sonra istifadəyə veriləcək 17:14 Növbəti iki gün hava yağıntılı olacaq - XƏBƏRDARLIQ 16:51 Əraqçi xəbərdarlıq etdi: "Bu halda bütün cəbhələrdə atəşkəs pozulacaq" 16:41 İspan məşqçilərinin uğur sirri açıqlandı! 16:39 Bütün Xəbərlər