Bəhreyn indiyədək İrana məxsus 154 raketi və 362 PUA-nı zərərsizləşdirdi

Bəhreyn indiyədək İrana məxsus 154 raketi və 362 PUA-nı zərərsizləşdirdi
28.03.2026 06:30 Dünya

Bəhreynin hava hücumundan müdafiə sistemləri indiyədək ölkəni hədəf alan İrana məxsus 154 raketi və 362 pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.

TodayPress TV xəbər verir ki, bu barədə Bəhreyn Müdafiə Qüvvələrinin Baş Komandanlığının bəyanatında bildirilib.

Bəyanatda qeyd edilib ki, mülki obyektlərin hədəfə alınması beynəlxalq humanitar hüququn və BMT nizamnaməsinin kobud şəkildə pozulmasıdır. Eyni zamanda, bu hərəkətlər regional sülhü və sabitliyi birbaşa təhdid edir.

Komandanlıq vətəndaşları ehtiyatlı olmağa, hücuma məruz qalmış məkanlardan uzaq qalmağa, şübhəli əşyalara toxunmamağa, hərbi əməliyyatlar barədə çəkiliş aparmamağa, yalnız rəsmi mənbələrə etibar etməyə çağırıb.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər