BƏƏ Hörmüz boğazını qorumaq üçün ABŞ-nin səylərinə qoşula bilər
Dünya
17.03.2026 23:20
Birləşmiş Ərəb Əmirlikləri Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq səylərə qoşula bilər.
TodayPress TV xəbər verir ki, bu barədə “Reuters” agentliyi BƏƏ Prezidentinin diplomatik müşaviri Ənvər Qarqaşa istinadən məlumat yayıb.
ABŞ Xarici Əlaqələr Şurası tərəfindən təşkil edilən onlayn tədbirdə çıxış edən Qarqaş qeyd edib ki, Əbu-Dabi İranla aktiv danışıqlar aparmır.
O, İtaliyanın "La Repubblica" qəzetinə verdiyi müsahibədə Hörmüz boğazının blokadasının müvəqqəti olduğu və gəmiçilikdəki fasilələrin, bunun nəticəsində yaranan enerji bazarlarına təsirin İranı daha da təcrid etdiyi fikrini bildirib.
Müşavir, həmçinin vurğulayıb ki, Fars körfəzi ölkələri İranla danışıqlara təkcə ölkənin nüvə proqramını deyil, həm də raket proqramını daxil etmək ehtiyacına getdikcə daha çox inanırlar.
Aysel Mətləb
tag: BƏƏ,ABŞ,Hörmüz,İran,TodayPress TV,
